Hərbi Tarixi Muzeyinə ekskursiya

 

Yanvarın 28-də uşaqlarda hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə Azəbaycan Hərbi Tarixi Muzeyinə 251 №-li tam orta məktəbin 2b sinif şagirdlərinin ekskursiyası təşkil olundu.Bələdçi şagirdlərə muzeyin ilk zalı olan qədim orta əsrlər dövrü,Manna-Midiya,Atropatena ,Albaniya,Səfəvilər dövlətləri  Azərbaycanda xanlıqların yaranması  və onların qoşun növləri haqqında ətraflı məlumat verdi.Muzey bələdçisi Azərbaycan  Xalq Cumhuriyyətinin yaradılması ,qurucuları,dövlət atributları –gerbi,bayrağı,himni ilə bağlı ətraflı məlumatı şagirdlərə çatdırırdı.Şagirdlər Ekspozisiya və Arxiv Fond üzrə rəis müavininin müşayəti ilə 20 Yanvar faciəsi ,Xocalı soyqırımı ,Azərbaycan  Ordusunun yaranması  və inkişafı ,ümummilli lider H.Əliyevin  həyat və fəaliyyəti ,ordu quruculuğu ilə bağlı gördüyü işlər,keçirdiyi görüşlər ,həmçinin ,Silahlı Qüvvələrin qoşun növləri  üzrə hərbi  geyim nümunələri  ilə də tanış oldular.Texnika və silah hissəsi rəisi Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat şagirdlərdə xoş təəsurat yaratdı.Sonda sinif rəhbəri  Sevinc Qurbanova hər bir şagirdin Vətənin tarixini dərindən bilməsinin vacibliyindən ,onlarda vətənpərvərlik hislərinin daha da gücəndirməsindən danışdı.Şagirdlərdən  Nihat,Nicat,Murad,Ayxan,Rəşad,Zəhra ,Aişə və başqaları xoş təəsuratlarını  bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi