Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş rəsm sərgisi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Şagirdlərimiz bu sərgidə bir-birindən gözəl rəsmlər nümayiş etdilər.