Valideynin məktəbdə bir günü

Məktəbimizdə “Valideynin məktəbdə bir günü”layihəsi artıq keçən tədris ilindən uğurla həyata keçirilir.Valideynlər məktəbə dəvət olunaraq məktəblə,sinif otaqları ilə tanış olur,dərslərdə iştirak edərək ümumi müzakirədə iştirak edirlər.Hər sinifdən 3 nəfər valideyn olmaqla bu tədbirdə fəal iştirak etdilər.Sinifdaxili məsələlər,tədrisin gedişi zamanı ortaya çıxan problemlər,müəllim-valideyn əməkdaşlığı nəticəsində asanlıqla öz həllini tapır.Bu baxımdan belə tədbirlərin keçirilməsi ümumməqsəd yolunda atılan önəmli addımdır.Tədbirin sonunda məktəb şagirdləri valideynlər qarşısında öz ifaları ilə çıxış etdilər.