Birlikdə oxuyaq
Direktor A.Əzizovanın təşəbbüsü kitabxananın təşkilatçılığı ilə “Birlikdə oxuyaq”adlı ümumməktəb tədbirinə start verilmişdir.I-XI (az-rus) bölmələri daxil olmaqla siniflər üzrə 2-3 ,və daha artıq kitabın oxunması və müzakirəsi tədbirin əsas məramını təşkil edir.Bu məqsədlə kitabxana müdiri S.Hüseynova,kitabxanaçı S.Cəlilova sinif rəhbərləri və şagirdlərlə söhbətlər aparır,,müvafiq ədəbi əsərlərin seçilməsində öz tövsiyyələrini verirlər.Şagirdlər məktəb kitabxanasının fondundan fəal şəkildə istifadə edərək,tədbirdə həvəslə iştirak edirlər.