Anım tədbiri

12 dekabr tarixində məktəbin bir qrup şagirdləri tərəfindən hazırlanmış “Anım” tədbiri keçirildi.
Tədbir himn səslənməsi ilə başladı.
5B,4Ç siniflərinin şagirdləri böyük rəhbərin ölümünə həsr olunmuş şerləri böyük hüznlə söylədilər. 10-cu sinif şagirdi Muradova Cəmilənin ulu öndərdən bəhs edən mahnısı tədbiri daha yaddaqalan etdi.
Tədbir təşkilatçılarının hazırladığı böyük rəhbərin həyat və fəaliyyətini əks etdirən videomateriallar hər kəsin marağına səbəb oldu.
Sonda direktor Aygün Əzizova iştirakçılar qarşısında çıxış edərək ulu öndərin xalqımızın taleyində oynadığı tarixi roldan danışdı.