Nitq hissələri
26 noyabr tarixində müəllim Nərgiz Məmmədovanın rəhbərliyi ilə IV"b" sinfində açıq dərs keçirildi. "Nitq hissələri" -nə həsr olunmuş dərsdə şagirdlər 5 qrupa bölünmüşdülər. Hər qrup öz biliyini yüksək dərəcədə nümayiş etdi. Uşaqlar nitq hissələrinə aid məlumat verdi, felin,sifətin, ismin nitqdə rolu, əhəmiyyəti, başqa nitq hissələrindən fərqi və oxşar cəhətlərindən danışdılar. Dərs iki hissədən ibarət oldu: birinci hissədə şagirdlərlə mövzü üzrə iş aparılaraq, onların nitq haqqında anlamı müəyyən olundu, sonra isə komandada və cütlükdə müzakirə zamanı şagirdlər yaranan anlamı biliyə çevirdilər;dərsin ikinci hissəsində şagirdlərə verilən işçi vərəqlərındəki tapşırıqlar onların yaratdıqları biliklərin düzgünlüyünə, ardıcıllığına, tətbiqi və yaradıcılıq səviyyəsinin üzə çıxarılmasına istiqamətlənmişdir.