Məktəb kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

Bu gün Azərbaycan xalqının heç vaxt unutmadığı dəhşətli hadisədən-Xocalı faciəsindən 33 il ötür. Xocalının Azərbaycan xalqının tarixində, şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
Ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində işğaldan azad edilən bütün el-obalarımız kimi, Xocalı da yenidən doğulub, yenidən quruldu.
Bakı şəhəri Xətai rayonu 25 nömrəli tam orta məktəbin müəllim heyəti bu münasibətlə Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.