Bakı şəhəri Xətai rayonu 25 saylı tam orta məktəbin binası 1977-ci ildə tikilib, 1978-ci ildə istifadəyə verilib. Tədris həm Azərbaycan, həm də Rus dilində aparılır. 15.09.2014-cü ildə məktəbimizin nəzdinə 88 saylı tam orta məktəbdən axşam-əyani sinifləri köçürülüb. Məktəbimiz sonuncu dəfə 2012-ci ildə yenidən təmir olunub. Avadanlıqla təchiz edilmiş laboratoriyalar , informatika otaqları , idman zalı və akt zalı fəaliyyət göstərir. Məktəbimizdə tədris 90 müəllim tərəfindən aparılır. Məktəbimizdə 1388 şagird təhsil alır.