Riyaziyyat oyunları
26 noyabr tarixində I"a" sinif şagirdləri riyaziyyat dərsində öz biliklərini nümayiş etdirdilər. Müəllim Mehriban İsgəndərova "Çıxma əməli. Sıfrın alınması" adlı açıq dərs keçirdi. Şagirdlər lövhədə çıxma əməli ilə pazl düzəltdi, 10-a kimi çıxma əməli üzərində işlədi və "Çıxma əməli. Sıfrın alınması" mövzusuna aid tapşiriqları yerinə yetirdilər. Dərsin bütün mərhələləri uğurla yerinə yetirildi. Qrup işlərində uşaqlar çox aktiv bacarıqlarını göstərdilər. Musiqili idman dəqiqələri uşaqları ruhlandırdı. Mövzu üzərində verilmiş məqsədlər çatdırıldı.