Analar gününə həsr olunmuş açıq dərslər

    22 noyabr tarixində məktəbdə analar gününə həsr olunmuş açıq dərslər keçirildi. V"c" sinfi müəllim Xeyrənsə Karakovanın rəhbərliyi ilə hazırladıqları sərgini nümayiş etdi və şeir söylədilər. Fiaxardinova Aysel, Ebadzadə Fatimə və Abbasova Leyli isə öz rəsmlərini nümayiş etdilər. I"b" sinfi müəllim Elvira Quliyevanın rəhbərliyi ilə hazırladıqları slayd vasitəsi ilə analarına öz arzularını və ürək sözlərini söylədilər. Bundan başqa Şirinova Nuray, Əliyev Ömər və Nəcəfli Rəhim şeir oxudular. I"ç" sinfi müəllim Aytən Qəşəmovanın rəhbərliyi ilə analara həsr olunmuş şeir oxudular. Hümbətova Əsma isə hazırladığı incə və gözəl açıqcasını nümayiş etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi