“Uşaq hüquqları: suallar və cavablar” mövzusunda Dəyirmi Masa
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə ənənəvi silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı olaraq, 20 noyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Uşaq Günü münasibəti ilə “Uşaq hüquqları: suallar və cavablar” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Tədbirdə uşaqların hüquq və azadlıqlarının qorunması, keyfiyyətli təhsillə, qayğı ilə əhatə olunması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında dövlət siyasətinin önəmi barədə məlumat verilmişdir.
Tədbirdə eyni zamanda təmiz və sağlam mühitdə yaşamaq üçün ətraf mühitin qayğısına qalmağım əhəmiyyətindən bəhs edilib və bu məqsədlə uşaqlara ekoloji təhlükəsizliyə tovfə vermək məqsədilə öz həyətlərində əkmək üçün gül fidanları təqdim edilmişdir.
Tədbirdə Xətai rayonu 25 saylı tam orta Məktəbin 9-cu sinif şagirdi Abdullah Hacıyev iştirak etmişdir.
Tədbir dəyirmi masa ətrafında müzakirələrlə davam etmişdir. Müzakirələrdə uşaqlar öz fəallığı və intellektual səviyyəsi ilə seçilmişlər.