Şəkərli diabet xəstəliyi nədir?
15 noyabr tarixində məktəbin tibb bacısı Nəzrin Səfərova şagirdlərə "Şəkərli diabet xəstəliyi və onun müalicə üsulları"-dan danışdı. Nəzrin Səfərova bildirdi ki, şəkərli diabet xəstəliyinə düçar olmamaq üçün daima qanda şəkərin miqdarını normada saxlamaq lazımdır. O, qeyd etdi ki, şəkərli diabetin müalicəsi özündə pəhriz, dərman terapiyası, fiziki yüklənməni birləşdirir. Bundan başqa tibb bacısı uşaqlara qimnastika ilə məşğul olmağı və həkim müayinəsindən keçmələrini məsləhət gördü.