Çörək zavodu ilə tanışlıq
15 noyabr tarixində III"b" sinif şagirdləri müəllim Sevinc Makinskaya ilə birgə "Çörək zavodu № 1" -ə ekskursiya etdilər. Şagirdlər burada müasir avadanlıqlarla çörək və bulkaların hazırlanma prosesi ilə tanış oldular. Ekskursiya zamanı uşaqlar 50-dən çox çeşiddə çörək və çörək-bulka məmulatlarının istehsalı ilə bağlı məlumat aldılar. Uşaqları zavodda işçilər üçün yaradılmış yeməkxana, inzibati bina və digər yardımçı binalarla da tanış etdilər.