Ölkəmizi tanıyaq

    Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib. 13 noyabr tarixində məktəbin X"c" sinfinin şagirdi Şərifov Səid iştirak edib. Şərifov Səid 2018-2019-cu tədris ilində IX sinifi əla qiymətlərlə bitirib, imtahanlarda yüksək bal toplayıb, nümunəvi davranışı və elmə olan marağı ilə seçilir. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bu gün aksiya Gəncə, Göygöl bölgəsinə səfər edib. Lahiyə dövlət hesabına təşkil olunub. Qeyd edək ki, artıq dördüncü ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi