Mənim uşaq hüquqlarım
Noyabrın 1-də IX "A" sinif şagirdləri "Mənim uşaq hüquqlarım" adlı tədbir keçirdilər. Tədbirdə şagirdlərimiz uşaqların hüquqlarından və vəzifələrindən danışdılar. Onlar BMT-nin Uşaq Hüquqları Konvensiyasından məlumat verdilər və mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər. Məktəbin direktoru Fəridə Şərifova tədbirdə çıxış edərək qeyd etdi ki, uşaqların hüquqları dövlət səviyyəsində qorunur.