"Elin səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması Ictimai Birliyi

    9 oktyabr tarixində məktəbimizdə "Elin səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması Ictimai Birliyin təşkilatçılığı tərəfindən "Milli-Mənəvi Dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması" mövzusunda konfrans keçirilib. Məktəbin direktoru Fəridə Şərifova hər kəsi salamlayıb konfransı açıq elan edib. Konfransda "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması Ictimai Birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru,Beynəlxalq Təhsil Akademiyasının həqiqi üzvü Elvin Talışınski, dinşünas Qorxmaz Paşayev, Qadınlar şurasının sədri Nərminə Quliyeva, ictimaiyyətlə əlaqədər departamentinin sədri Ziya Yaqubzadə və dinşünas Zəkiyyə Heybətova iştirak ediblər. Məktəbimizin şagirdləri konfrans zamanı vətənə aid şeirlərlə çıxış ediblər. Sonda qonaqlar şagirdlərimizi gözəl çıxışlarına görə təşəkkürnamə ilə təltif ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi