Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq 25 nömrəli tam orta məktəbdə "Əhməd bəy Ağaoğlu jurnalist və ədəbiyyatçı kimi" mövzusunda tədbir keçirilib. Tədbirdə öncə görkəmli Azərbaycan ziyalısının əziz xatirəsi bir dəqiqəlik yad edilib. Ardınca tədbiri giriş nitqi ilə məktəbin direktoru Fəridə Şərifova açıb. Direktor Əhməd bəy Ağaoğlunun müsəlman Şərqində geniş fəaliyyətinin müxtəlif tərəfləri haqqında ətraflı məlumat verib.
Daha sonra 10 "a" sinfin şagirdləri Əhməd bəy Ağaoğlunun həyat və mübarizə yolu, ictimai-siyasi fəaliyyəti ilə bağlı təqdimat hazırlayıb iştirakçılara təqdim etdilər.