İdmanda qazanılmış qələbə

    Azərbaycan Respublikasında idmanla bağlı dövlət siyasəti Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət dövründə formalaşmağa başlayıb. 1993-cü ildə ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etmişdir. Həmin ildə Azərbaycan Kikboksing və Muey-Tay Federasiyası yaranmışdı. 1 sentyabr 2019-cu ildə Mingəçevir şəhərində Kikboksing idman növündə "Kür"-ə həsr olunmuş yarışında 10-13 yaşlı yeniyetmələr arasında görüşlər keçirildi. Bu yaş qrupunda 25 nömrəli tam orta məktəbin 6 "d" sinif şagirdi Rəfiyev Ibrahim Elşən oğlu ( 37 kq., Azərbaycan) turnirin qalibi olub. Mükafatı Mingəçevir şəhər Gənclər və Idman idarəsinin rəisi Kamal Nəcəfli təqdim edib. İ. Rəfiyev I yerə layiq görülmüş, kəmərə sahib çıxmış və Diplomla təltif edilmişdir.
    25 nömrəli tam orta məktəbin direktoru Fəridə Şərifova və bütün məktəb kollektivi İ. Rəfiyevi təbrik edir və uğurlar arzulayır !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi