Ana dilim gözəldir

    30 may tarixində məktəbimizin rus bölməsi üzrə 2B sinif şagirdləri “Ana dilim gözəldir” adlı açıq dərs keçirdilər. Tədbir himnizin səsləndirilməsi ilə başladı. Daha sonra şagirdlər doğma dildə öyrəndikləri şeirləri, nəğmələri, səhnəcikləri nümayiş etdirdilər. Sonda fənn müəllimləri Nailə müəllimə və Aybəniz müəllimə şagirdlərə gözəl çıxışlarına görə təşəkkür etdilər. “Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı,  onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır” deyə qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi