Dördüncülər arasında intellektual yarışma keçirilib
29 may tarixində məktəbimizin rus bölməsi üzrə 4C sinif şagirdləri «Nə? Harda? Nə zaman?» adlı intellektual yarışma keçirdi. Sinif rəhbəri Tatyana müəllimə əvvəlcə yarış haqqında məlumat verərək oyuncuları təqdim etdi. Daha sonra sualların səsləndirilməsi ilə yarışma başlandı. Müxtəlif mövzuları əhatə edən suallar uşaqların marağına səbəb oldu, onları düşündürdü. Sonda fərqlənən şagirdlərə hədiyyə təqdim olundu.
Yarışın məqsədi şagirdlərin dünya görüşünün və intellekt səviyyəsinin yüksəlməsinə xidmət etmək, eyni zamanda şagirdlər arasında intellektual yarışlara maraq yaratmaq, sosial layihə və tədbirlərdə iştiraka təşviq etməkdir.