Bilik yarışması keçirildi
07 mart tarixində məktəbimizin rus bölməsi üzrə 2B sinif şagirdləri arasında “Bilik yarışması” keçirildi. Viktorinanı giriş sözü ilə açan sinif rəhbəri Sevinc müəllimə bildirdi ki, yarışmanın keçirilməsində əsas məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, zəif məqamları aşkarlamaq və gələcək hədəfləri müəyyənləşdirməkdən ibarətdir. Şagirdlər müxtəlif fənlər olmaqla toplam 35 sual ətrafında öz biliklərini sınadılar. Düzgün cavabların çoxluğu ilə “Dostluq” komandası I yeri qazandı.
Sonda məktəbin psixoloqu İradə Rzayeva şagirdlərin intellektual biliyini yüksək qiymətləndirdiyini, belə yarışmaların şagirdlərin məntiqi təfəkkürünün inkişafı üçün çox əhəmiyyətli olduğunu qeyd etdi.