Xocalı qanlı yaddaşımız

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar məktəbimizdə anım günü keçirilib. Dərslər əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra müəllimlərimiz şagirdlərə faciə haqqında məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.

Şagirdlərə Xocalı soyqırımının dəhşətli gecəsini əks etdirən bədii kompozisiya və ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş slayd nümayiş olundu.Sonra şagirdlər “Xocalı faciəsi uşaq yaradıcılığında”  mövzusunda çəkdikləri rəsmləri, hazırladıqları divar qəzetlərini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi