İlk zəng, ilk həyəcan

Bilik günü ilk zəng, ilk həyəcandır. 15 sentyabr tarixində məktəbimizdə yeni tədris ilinin başlanılması böyük tən-tənə ilə qeyd olundu. İlk öncə məktəbin müəllim, şagird və valideynləri hamılıqla Azərbaycan Dövlət Himnini ifa etdilər. Daha sonra məktəbin direktoru Nəbi Ağayev müəllim və şagirdləri “Bilik günü” münasibətilə təbrik edib, Azərbaycanda həyata keçirilən təhsil siyasətindən, görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Məktəbimizin uğurlarının günü-gündən artdığını vurğulayan Nəbi müəllim bu il məktəbimizi bitirən məzunların 70 faizi ali təhsil ocaqlarına qəbul olduğunu bildirib, hətta bir şagirdimiz Aydanın 600dən yuxarı bal topladığını qeyd edib.

Sonda məktəb həyatına ilk dəfə qədəm qoyan birincilər səbirsizliklə sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi