1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

Məktəbimizdə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himni ilə başlandı. Daha sonra məktəbin direktoru Nəbi Ağayev çıxış edərək uşaqları təbrik etdi, onlara gözəl gələcək arzuladı. O, dövlətimizin uşaqlara qayğısından, prezidentimiz İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün gördüyü işlərdən danışdı.

Tədbir məktəbimizin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdi. Uşaqların nümayiş etdirdikləri səhnəciklər, rəqslər, şeirlər və mahnılar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Sonda uşaqlar əllərindəki şarları havaya uçurdaraq sevinclərinə sevinc qatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi