3c sinfinin “Oxu günü”
Məktəbimizin rus bölməsi üzrə 3C sinfi “Oxu günü” keçirdi. “Oxu günü” müxtəlif dövrlərdə yazılmış kitablara həsr olundu. Şagirdlər müasir yazıçılarla yanaşı, həm də folklor və klassik ədəbiyyatla da tanış oldular, onların yaradıcılığından əsərləri dinlədilər. Daha sonra şagirdlər kitaba, əsərlərin qəhrəmanlarına həsr olunmuş tapmacalar, şerlər, səhnəciklər nümayiş etdirdilər.
Sonda sinif rəhbəri Tatyana müəllimə qeyd etdi ki, “Oxu günü”nün keçirilməsində əsas məqsəd şagirdlərdə dərsliklərdən əlavə kitablara maraq yaratmaq, onlara mütaliə alışqanlığı, kitab sevgisini aşılamaqdır.