Bahar müjdəli Novruz

19 mart tarixində məktəbimizin 2B sinfinin şagirdləri ilə Novruz bayramına həsr olunmuş “Bahar müjdəli Novruz” adlı tədbir keçirildi. Tədbir məktəbdə fəaliyyət göstərən “Xalq folkloru” dərnəyi rəhbəri S.Qulamova və sinif rəhbəri N.Məmmədovanın birgə hazırladıqları səhnəciklər əsasında təşkil olunmuşdu. Tədbirdə milli adət-ənənəmizlə bağlı çərşənbə axşamlarının adətləri, Bahar qızı, Keçəl-Kosa, Dədə Qorqud obrazları, şən mahnı və rəqslər nümayiş olundu.

Tədbirin keçirilməsində məqsəd-Novruz bayramında Azərbaycan xalqının milli adət-ənənəsini gənc nəslə aşılamaq, bahar sevincinin əhval-ruhiyyəsini yaşatmaqdı.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, məktəbimizin direktoru N.M.Ağayev, müəllim və şagird kollektivi iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi