Məktəbimizdə Novruz şənliyi keçirildi

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Novruz dostluq, ünsiyyət və yenilik bayramıdır”.

Məktəbimizdə də Azərbaycan xalqının milli adət-ənənələrini özündə birləşdirən bu qədim bayram qeyd olundu. Tədbirin əvvəlində məktəbimizin direktoru çıxış edərək şagirdləri, valideynləri və tədbirə dəvət olunmuş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzuladı.

Tədbirin ən gözəl anları isə şagirdlərin yazın,baharın gəlişinə, Novruza həsr olunmuş şerlər söyləməsi, səhnəciklər və rəqslər nümayiş etdirməsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi