“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı inşa yazı müsabiqəsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənmələrinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin şagirdlərin yazı bacarıqlarını artırmaqdır.

Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqədə məktəbimizin 7A sinif şagirdi İsayeva Arzu fərqləndiyinə görə diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi