İlin perspektivli idmançısı
Məktəbimizin idmançı şagirdləri üçün 2017-ci il uğurlu il oldu. Bu ildə şagirdlərimiz ayrı-ayrı idman növləri üzrə bir sıra yarışlarda iştirak etmiş və uğurlar əldə etmişlər. Milli Olimpiya Komitəsinin təsisçiliyi ilə fəaliyyət göstərən «Olimpnews.az» saytı ilin ən yaxşılarını müəyyənləşdirmək üçün çoxsaylı oxucuları, KİV nümayəndələri, idman təşkilatları arasında rəy sorğusu keçirib. Sorğuda idman rəsmiləri, idman təşkilatları, federasiyalar, klublar, cəmiyyətlər, məşqçilər və idmançılar qalib gəliblər. Müxtəlif nominasiyalar üzrə qalib gəlmiş nominantlar arasında məktəbimizin 4Ç sinif şagirdi Ayan Əliyeva da yer alıb. O, “İlin perspektivli idmançısı” nominasiyasının qalibi olmuş və diplomla təltif olunmuşdur.