Məktəbdə 100 gün
22.12.2017-ci il tarixində məktəbimizin ibtidai sinif müəllimi Quliyeva Elnarə 1Ç sinif şagirdləri ilə “Məktəbdə 100 gün” adlı tədbir təşkil etdi. Məktəb həyatında ilk addımlarını atan birincilər 100 gündə əldə etdikləri bilikləri, öyrəndikləri şeir, tapmaca, səhnəcikləri nümayiş etdirdilər. Tədbiri əl işləri ilə bəzəyən şagirdlər izləyənlərdə xoş əhval-ruhiyyə yaratdılar.