Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları hər üç ildən bir keçirilir. Forumlarda əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi məqsədi ilə 2017-ci ilin noyabr ayında Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilmişdir. Forumda məktəbimizin VII sinif şagirdi Abdullah Hacıyev və III sinif şagirdi Leyla Hacıyeva da iştirak etmişlər.