Məktəbimizin 8ci sinif şagirdləri arasında “Breyn-Rinq” psixo-intellektual yarışı keçirildi.

09.02.2024 - cü ildə Xətai rayonu, 25 nömrəli tam orta məktəbin psixoloqları Aytac Cəfərli və İradə Rzayevanın təşkilatçılığı ilə 8a, 8b, 8c, 8ç sinif şagirdləri arasında “Breyn-Rinq” psixo-intellektual yarışı keçirildi. “ Breyn- Rinq “ psixo- intelektual yarışda məktəbin direktoru Fəridə Şərifova , Uşaq birliyi rəhbəri Aytən Səfərova , məktəbin sosial pedaqoqu Rahibə Şərifova

iştirak etdilər. Yarışmanı keçirməkdə əsas məqsəd şagirdlərin dünyagörüşünü formalaşdırmaq, həyatı bacarıqlarını inkişaf etdirmək ,psixo- emosional vəziyyəti yüksəltmək idi. Oyun 5 mərhələdən “Pazllar”, “Atalar sözləri”, “Viktorina”, “Azərbaycan kinosu” “Anaqram” adlı mərhələlərdən təşkil olundu. Oyunda komanda iştirakçılarının intellektual səviyyələri qiymətləndirildi. Oyunun qalibi 8 ç sinifindən olan “Şizofreyd” komandası oldu. “Optimist”, “Məntiq”, “Fantaziya” komandaları 2 ,3, və 4- cü yeri tutdular. Şagirdlər məktəbin direktoru Fəridə Şərifova tərəfindən sertifikatla mükafatlandırıldılar. ‎

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi