Hüququmuzu bilək və qoruyaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabr, 2016-cı il tarixində “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib. Tədbirdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması, uşaqların hüquqlarının qorunması üçün mövcud yerli və beynəlxalq qanunvericilik aktları haqqında məlumat verilmişdir. Məktəbimizin 6A sinif şagirdi Abdullah Hacıyev tədbirdə fəal iştirakına görə diplomla təltif olunmuşdur.