2 Fevral - Gənclər günü
Bu gün kitabxanada "2 Fevral Gənclər günü"münasibətilə "Gələcək gənclərin,gənclər isə müəllimlərin əsəridir" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin kitabxana müdiri Niftəliyeva Rayifə açdı.O, gələcəyimiz olan gənclərin milli ruhda böyüməsi üçün məktəbin,müəllimlərin necə böyük rol oynaması haqqında danışdı.Sonra isə direktor müavini Kərimova Lətafət oxuculara dövlətimizin gənclərə qayğısı və diqqəti haqqında geniş məlumat verdi.