Xeyriyyə yarmarkası

Dekabrin 27 məktəbdə xeyriyyə yarmarkası keçirilib.

Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin məktəbin texniki işçilərinə Dünya azerbaycanlıların həmrəylik günü munasibəti ilə bayram yardımı üçün nəzərdə tutulub.

Yarmarkada şagirdlərin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri oyuncaqlar, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, kitablar, şəkillər, şirniyyatlat və digər əl işləri maraqla qarşılanıb.

“Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında təşkil olunan icmalar məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir. Əsas hədəf uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də onların gələcək həyatlarında lazım olacaq sosial vərdişlərinin inkişafını dəstəkləməkdir.

Bu tədbirdə şagirdlərə dəstək olan məktəbin direktoru Fəridə Şərifovaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi