İdmançımız
Qurbanlı Kürşad Sabit oğlu. 5 fevral 2012-ci ildə, Bakı şəhərində anadan olub. 3 yaşından uşaq futbol klubuna gedib, 4 yaşından isə Taekvondo döyüş növü ilə məşqul olur. 6 yaşında Rusiya Federasiyasının Çeçenistan Respublikasında keçirilen"Qafqaz kuboku" turnirində 7-9 yaşlı idmançılar arasında 3 yer alır. 7 yerli turnirlərin qalibi olub. Bundan əlavə 5 yaşından həvəskar dağçılarla birlikdə bir neçə dağ zirvələrinə təşkil olunan yürüşlərdə iştirak edib. 2017-ci ildə- Gürcüstanda yerləşən Şindi dağının zirvəsinə qalxıb ( dəniz səviyyəsindən 1986m hündür). 2021-ci il 6 iyun tarixində "Qartal dağçılıq idman klubu"-nun təşkil etdiyi Şamaxı rayonunda yerləşən Carlıca zirvəsinə (Dəniz səviyyəsindən 2714m hündür ) yürüşdə iştirak edib. Qeyd etmək lazımdır həmin yürüşdə 33-35 nəfər istirak edib, lakin zirvəyə 9 nəfər qalxa bilib, onlardan biri də Kürşad olub. 2021-ci il iyul ayının 20-23 dəniz səviyyəsindən 2700m hündürlükdə Şəki rayonunda yerləşən "Xan yaylağı"-nda alpinistlərlə birgə düşərgə salaraq Şəkinin üç zirvəsini fəth etmişdir: Seyidyurd ( 3686m ), Adsız zirvə ( 3691m ) və Çaxıl ( 3707m ).