Pedaqoji şura iclası keçirildi

    Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarətdir.

    20.09.2021-ci il tarixində keçirilən Pedaqoji Şurada məktəbin direktoru Fəridə Şərifova, tədris işləri üzrə direktor müavinləri iclas zamanı ötən dərs ilinin yekunlarını, əldə olunan nailiyyətləri təhlil ediblər. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi, İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin mövcud durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılıb.

    Həmçinin Pedaqoji Şura iclaslarında təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınıb, gənc müəllimlər məktəb kollektivinə təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi