14 iyun - Son Zəng

    14 iyun tarixində məktəbin ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla Son Zəng keçirilib. Tədbirdə 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllimlər iştirak etdilər.

    “Son zəng” tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Fəridə Şərifova çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar diləyib.

    Tədbirdə çıxış edən onbirincilərin sinif rəhbərləri məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

    Mərasim şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.

    Tədbirdə simvolik “Bilik açarı” onbirincilər tərəfindən X sinif şagirdinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi