Milli dərs

    Milli Dərs layihəsi xaricdə yaşayan, lakin ana dili və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı olmayan azərbaycanlı uşaqlar üçün nəzərdə tutulub. Məqsəd uşaqları ana dili, mədəniyyəti və incəsənəti ilə tanış etməkdir. Dil incəlikləri, ədəbiyyatımız, tariximiz, eyni zamanda Qarabağ və Bakının tarixi, təsviri sənət, kino, teatr, musiqi, həm xalq, həm klassik, rəqs dərslərimiz ayrı-ayrılıqda virtual dərslərdə öyrənilir.

    Milli dərs layihəsi Sevinc Əliyevə tərəfindən yaradılıb. S.Əliyeva artıq 3 ildir ki, Niderlandda yaşayır. Bu layihəyə qoşulmaq istəyənlər www.milliders.com saytından qeydiyyat keçə bilərlər. Dərslər 4-16 yaş uşaqlar üçün nəzərdə tutulub və Zoom proqrammı vasitəsilə keçirilir. Dərslər Azərbaycanda yaşayan müəllimlər və professorlar tərəfindən aparılır. 25 nömrəli tam orta məktəbin Tarix fənni üzrə müəllimi Cəmalə Quliyeva da layihəyə qoşulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi