Fəxrimiz !

    44 günlük müharibə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu.Vətənin cəsur oğulları Ali Baş Komandan Cənab İlham Əliyevin çağırışına səs verərək ölüm-dirim savaşına yollandılar. Doğma Qarabağımızın azad olunmasında məktəbimizin məzunlarının da payı olan Nurəhməd Ulubəyov, Teymur Məcidzadə yurdumuzu düşmən tapdağından azad edərkən qəhrəmancasına həlak olmuşlar.

    Bu gün Nurəhmədin 26 yaşı tamam olur. Cənnətdəki ilk doğum günün mübarək, səhidim!

    Bu qəhrəmanların həyatı məktəbimizin şagirdləri üçün vətənpərvərlik dərsidir. Onların göstərdikləri mərdlik və şücaət hər bir azərbaycanlı gənci üçün ibrət məktəbidir. Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət, məqamları uca olsun!

    Unudulmaz şəhid balamızın anım gününü qeyd etmək üçün Xətai rayonu İcra Hakimiyyətinin nümayəndələri, Nurəhmədin təhsil aldığı məktəbin direktoru və müəllim heyəti, şagirdlərimiz onun yaşadığı evin qarşısına yığışmışdılar. Məktəbin direktoru və müəllimləri Nurəhmədin barilyefinin qarşısına gül-çiçək çələngi təqdim etməklə ürəyi vətən sevgisi ilə dolu olan və torpağımız uğrunda canını belə əsirgəməyən şəhidimizi yad etdilər.

    Biz heç vaxt nurüzlü Şəhidimizi unutmayacağıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi