Xocalı harayı
25 fevral 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bəddi qiraət” dərnək müəlliməsi Qulamova Samirənin təşkilatçılığı ilə Xocalı soyqırımın 29-cü ildönümü ilə bağlı “Xocalı harayı ” adlı onlayn tədbir keçirilib.
Onlayn tədbirin keçirilməsində məqsəd Xocalı soyqırımını şagirdlər arasında təbliğ etmək və onları vətənpərvər ruhda yetişdirməkdir.
Tədbirdə 25 nömrəli tam orta məktəbin direktoru Fəridə Şərifova ,Xətai rayon İcra Hakimiyyəti, İctimai-siyasi, humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, “Bədii qiraət” dərnək üzvləri və 25 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər. İştirak zamanı dərnək üzvləri Xocalı faciəsilə bağlı məlumat vermiş və şeir kompazisiyası ilə çıxış etmişlər.