Baş Leytenant Məcidzadə Teymur Tehran oğlu !

    

Baş Leytenant Məcidzadə Teymur Tehran oğlu 1992- ci il oktyabr ayının 10- da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 8 aylıq olarkən ailəsi ilə birlikdə Füzuli rayonundan məcburi köçkün düşmüşlər. Orta məktəbi uğurla başa vuran gənc Teymur, daha sonra 2010- cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Hərbi xidmətdə olduğu dövrlərdə həyatının əsas qayəsinin bu amal olacağını, bu pillə olacağını bəlkə də bilmirdi.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbini seçdi və ikinci təhsil kimi hərbi məktəbi oxuduqdan sonra N saylı hərbi hissədə leytinant taqım komandiri kimi işə başlayıb. 100-dən çox şəxsi heyətin həyatını xilas edib döyüş bölgəsindən sağ salamat çıxarıb, yaralı və şəhid olmuş hərbçilərin atəş altından tək başına çıxarıb. Sonuncu döyüşü 8 noyabr Şuşa şəhəri uğrunda doyusdə qəhrəmancasına şəhid olub

Dostları, qohumları, yaşıdları tərəfindən böyük sevgi ilə sevilirdi Məcidzadə Teymur.

Gənc oğlanın hər tərəfli bacarığı həyatının hər anında ona kömək, dəstək olmuşdur.

İkinci Qarabağ savaşı başlayanda, sentyabr ayının 27- si Teymur da bu Vətənin, bu millətin oğulları kimi vətənin müdafiəsinə başlamışdır. Döyüş zamanı saysız qəhrəmanlıqlar, yüksək şücaət göstərən Baş Leytenant Teymur Məcidzadə döyüş yoldaşları, tabeliyində olduğu komandirləri tərəfində çox sevilirdi.

Ömrünün 28- ci payızında- 2020- ci ilin 9 Noyabrında Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Məzarı III- Fəxri Xiyabandadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi