Distant təhsilə davam
Xüsusi karantin rejimini nəzərə alaraq 2020-ci il 2 noyabr tarixindən məktəbdə tədris və təlim-tərbiyə prosesi distant formada təşkil olunub. Bu gündən etibarən məktəbdə dərslər onlayn keçirilir: distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar şagirdlərə elektron variantda internet vasitəsilə izah edilir, şagirdlər də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır.