Milli Müstəqillik Günü

  1991-ci ilin 18 oktyabrında Azərbaycan dövləti müstəqillik aktını qəbul etdi. Dövlətimiz və xalqımız üçün ağır illərdə azadliğını elan etmək böyük cəsarət tələb edirdi. Bütün çətinliklərə, təzyiqlərə baxmayaraq gənc dövlətimiz xaricdə və daxildə olan düşmənlərinə sinə gəldi. Canımız ,qanımız hesabına qurduğumuz yurdumuzu qoruduq, inkişaf etdirdik.

  Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan Cənab İlham Əliyev ölkəmizi yüksək kürsülərdə var gücü ilə tanıtmağa, beynəlxalq aləmdə qüdrətli dövlətə çevrilməsi üçün gecə - gündüz durmadan çalışır. Bu gün vətənimiz mənfur düşmənlə döyüşür. Ali Baş Komandamızın ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızı düşməndən təmizləyirik.Məgrur Azərbaycan zabit və əsgərləri döyüş meydanında, ölkə başçımız siyasət meydanında şərəflə,ləyaqətlə döyüşürlər. Su torpağa qarışanda palçıq, qan qarışanda Vətən olur. Vətənin azadlığı və müstəqilliyi uğrunda son nəfəsimizədək vuruşacağıq. Qanımız bahasına qurduğumuz dövləti qoruyacağıq.Yaşasin Azərbaycan! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi