Onlayn dərslərimiz davam edir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəblərdə təhsilin müvəqqəti dayandırılmasına baxmayaraq bütün ümumtəhsil məktəblərində müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Məktəbin Fizika fənni üzrə müəllimi Təranə Həsənova, Biologiya fənni üzrə müəllimlər Könül Mahmudova və Gülayə Hüseynova, Tarix fənni üzrə müəllimlər Cəmalə Quliyeva, Elmira Əsgərova və Bahar Vəliyeva, Kimya fənni üzrə müəllim Mahur Nurməmmədova təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasının vaxtının uzadılmasını nəzərə alaraq bu müddət ərzində şagirdlərin təhsildən yayınmamaları üçün bütün səy və imkanlardan istifadə edirlər.