İbtidai sinif şagirdlər üçün onlayn dərslər

    Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan təlim-təhsil sahəsində valideynlərdən çox müəllimlərin rolu ön plana çıxır. Belə ki, ən mürəkkəb şəraitdə belə gənc nəslin istər mənəvi, istərsə də zehni və cismani inkişafı kimi həyati məsələlər məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür. İbtidai sinif şagirdlərinin dərsdən geri qalmamaları, proqramı dərindən mənimsəmələri üçün müəllimlər tərəfindən onlayn dərslər keçilir. Şagirdlər istənilən məkandan mobil telefon və internetlə dərslərə qoşula, verilən tapşırıqları yerinə yetirə bilirlər.

    İbditai sinif müəllimləri Sevinc Makinskaya, Elvira Quliyeva, Nəcibə Süleymanova, Aygün Məmmədova, Elnarə Quliyeva, Mənsurə Məmmədova və Nərgiz Məmmədova bu çətin gündə öz məsuliyyətlərini tam dərk edir, şagirdlərinin tədrisdən kənar düşməməsi üçün əllərindən gələni əsirgəmirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi