Distant təhsil forması

    Dünyanın bir nömrəli problemi olan koronavirusun sürətlə yayılması bizim ölkədən də yan keçmədi. Təhsil müəssisələlərinin müvəqqəti bağlanmasına baxmayaraq dövlət şagirdlərinin təhsildən yayınmaması üçün Təhsil Nazirliyinin və Mədəniyyət Televiziyasının birgə əməkdaşlığı ilə Mədəniyyət kanalında teledərslərə start verib. Bununla yanaşı məktəbin müəllim kollektivi şagirdlərin biliklərini daha da gücləndirilməsi məqsədilə İnformasiya Kommunikasiya Texnologiyalardan istifadə etməklə distant təhsil formasında dərslərini davam etdirirlər. Müəllimlər şagirdlərə tapşırıqlar verir, şagirdləri maraqlandıran suallara cavab verir, keçilmiş mövzuların şagirdlər tərəfindən tam mənimsənilməsinə nail olurlar. Аna dili və ədəbiyyat fənn müəlliməsi Samirə Abdullayeva, ingilis dili fənn müəlliməsi Nigar Vəliyeva və informatika müəlliməsi Şəlalə Əliyeva məktəbin şagirdlərinə dərslərini distant təhsil formasında izah etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi