Xocalı soyqırımını UNUTMA!
26 fevral tarixində məktəbdə ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. İlk öncə Xocalı faciəsi zamanı şahid olan vətəndaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlərə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımından və XX əsrin dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verdilər. Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövgeyi, faciədən əvvəlki əhalinin sayı və tərkibi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarından söhbət açdılar. Eyni zamanda faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərdən və soyqırımı törədənləndən bəhs etdilər.