Xocalı faciəsi

    Fevralın 25-də Xocalı soyqırımı ilə əlaqədar IV"c" sinfində tədbir keçirildi. Tədbiri Azərbaycan dili müəllimləri Dadaşova Nailə, Fətəliyeva Günay və sinif müəllimi Rzayeva Səidə hazırlamışdır. Tədbir Azərbaycan Dövlət himni ilə açıq elan olundu. Sonra tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Uşaqların ifasında mahnılar, səhnəcik və şeirlər səsləndi. Xocalı soyqırımı ilə əlaqədar videoçarx göstərildi. Sinifdə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş xüsusi güşə hazırlanmışdı. Tədbir S.Vurğunun "Azərbaycan" şeiri ilə başa çatdı. Tədbirdə məktəbin direktoru Fəridə Şərifova, təlim-tərbiyə işləri üzrə direktor muavini Lətafət Kərimova, kitabxanaçı və psixoloq iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi