Gənc fiziklərin yaradıcılıq müsabiqəsi
14 fevral tarixində məktəbin lX-Xl sinif şagirdləri arasında "Gənc fiziklərin yaradıcılıq" müsabiqəsi keçirildi. Məktəbin fizika fənni üzrə müəlliməsi Gunay Əliyeva tərəfindən fizika fənninə aid tapşırıqlar hazırlanmışdır. Şagirdlər iki komandaya bölündü və onlara testlər paylandı. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin praktiki və yaradıcılıq bacarıqlarını daha da artırmaq və üzə çıxarmaqdan ibarət idi.